Kanadanın XİN rəhbəri Kristia Frilend ABŞ-ın tətbiq edəcəyi gömrük rüsumlarına qarşı hazırladıqları layihə barədə məlumat verib.

“Ölkə.Az” xəbər verir ki, Kanada hökuməti də ABŞ-a qarşı gömrük rüsumları tətbiq edib və qanun 1 iyul tarixindən qüvvəyə minəcək. XİN başçısı qeyd edib ki, bundan geri addım atılmayacaq.

Friland bildirib ki, 1 iyulda qüvvəyə minəcək qanunla ABŞ məhsullarına 16.6 milyard dollarlıq cavab vergisi tətbiq ediləcək. ABŞ hökumətinin isə vergi rüsumlarını artırma məsələsini nazir belə şəhr edib:

“Kanada ABŞ bazarı üçün hər zaman təhlükəsiz və etibarlı polad və alminium mənbəyi olub. ABŞ-ın Kanadadan idxal etdiyi polad və alminiuma əlavə vergi tətbiq etməsi qeyri-qanunidir. Biz cavab tədbirimizdən məmnun deyilik. Amma ABŞ-ın addımına görə sənayemizi, işçilərimizi müdafiə etməkdən başqa yolumuz yoxdur. ABŞ vergini ləğv etsə, məsələ həll olunar”.