Azər İsmayıl Blogger
Azər İsmayıl
Blogger

Daha öncə AZAL-ın Bakı-Nyu York uçuşunun necə keçdiyi haqqında danışmışdım. Bu dəfə isə bu möhtəşəm şəhər haqqında danışacam. Kennedi aeroportundan şəhərə getmək üçün ən rahat vasitə əlbəttə ki, taksidir, amma AirTrainlə də mərkəzə gedə bilərsiniz. AirTrain dirəklər üzərində hündürdə gedən, avtomatik idarə olunan qatardır. Jamaica stansiyasına kimi gedir. AirTrain ödənişini Jamaicada edirsiniz, bir nəfər 5 dollardır. Jamaicadan isə qatarla istədiyiniz metroya, daha sonra metro ilə Nyu Yorkun demək olar ki, bütün nöqtələrinə çata bilərsiniz. 457 metro stansiyası var Nyu Yorkun, çox geniş şəbəkədir. Bir gediş 2.75 dollardır. Ümumiyyətlə Nyu Yorkda bir yerdən başqa yerə ictimai nəqliyyatla getməyin yollarını öyrənmək və qiymətini hesablamaq üçün http://tripplanner.mta.info linkindən istifadə edə bilərsiniz. Buna əsasən bilərsiniz ki, ictimai nəqliyyat sərf edir, yoxsa uber. Aeroportdan mərkəzə gələndə iki və daha çox nəfərsinzisə adətən uber sərf edir. NY-da lyft taksi xidməti də var, amma uberdən bir az bahadır.

Otel, hostel, apartment hamısı bahadır. Səfərim apreldə olmuşdu, həmin vaxt üçün ən ucuz, reytinqsiz, şəhərin uzağında olan otelin iki nəfərlik otağı 130-150 dollar arası dəyişirdi. Həmişəki kimi köməyə airbnb gəldi. Brooklyn rayonunda 4 gecəsi 160 dollara ev içində otaq kiraylədim. Sterling metrosundan 5 dəqiqəlik məsafədə idi. Ev sahibi də möhtəşəm insan idi, bizə çox yardımçı oldu. Evin linki: https://www.airbnb.com/rooms/18703098

Dörd gün ərzində Empire State Building, Times Square, Liberty Statue, Central Park, 9/11 Memorial və s. yerləri gəzdik.

Empire State Building-in yuxarı mərtəbəsinə çıxmaq ödənişlidir, 37 dollardan başlayır. Rəsmi: https://www.esbnyc.com/buy-tickets

Times Square 24 saat canlı meydandır, orda heç vaxt darıxmaq olmaz.

Liberty Statue getmək üçün bileti elə yerində ala bilərsiniz, 18.5 dollardır. Növbə və ciddi yoxlanış olur. Heykəlin tacına qalxmaq üçün növbə isə 3-4 aydır. Onu yalnız online ala bilərsiniz. Hazırda ən yaxın tarix sentyabrdır. Rəsmi: https://www.statuecruises.com/faq/purchasing-crown-tickets

Central Park əsrarəngiz yerdir. Oranı tam gəzmək üçün bütöv gün lazımdır.

9/11 Memorial Dünya ticarət mərkəzində olan terror qurbanlarına həsr olunmuş kompleksdir, muzeyi də var, pulludur, 35 USD.

Nyu Yorkdan geyim və ayaqqabı almaq üçün əla outletlər var, mən ikisində Macy’s və Marshalls-da oldum. Hər ikisində qiymətlər çox sərfəli idi, misal üçün Marshalls-da Levis’s cins şalvarını 25 dollara aldım. Həmçinin 60 dollara Ralph Lauren-dən ipək və yun materialdan tikilən pencək var idi

Central Park əsrarəngiz yerdir. Oranı tam gəzmək üçün bütöv gün lazımdır.

9/11 Memorial Dünya ticarət mərkəzində olan terror qurbanlarına həsr olunmuş kompleksdir, muzeyi də var, pulludur, 35 USD.

Nyu Yorkdan geyim və ayaqqabı almaq üçün əla outletlər var, mən ikisində Macy’s və Marshalls-da oldum. Hər ikisində qiymətlər çox sərfəli idi, misal üçün Marshalls-da Levis’s cins şalvarını 25 dollara aldım. Həmçinin 60 dollara Ralph Lauren-dən ipək və yun materialdan tikilən pencək var idi 🙂

Əlbəttə ABŞ ağıla gələndə bahalı qiymətlər və s. ilk olaraq fikirdən keçir, amma hər yerdə olduğu kimi burda da ucuz qidalanmaq yerləri var.

Özünəxidmət restoranlarında 1lb (453 qram) qida üçün 5-10 dollar arası ödəyib doyunca yeyə bilərsiniz. Həm Bruklində, həm də Manhetanda bu restoranlardan var, istifadə elədik kifayət qədər müxtəlif çeşidli salat, qarnir, toyuq, ət, balıq yeməkləri olur. Bir məsələni də deyim ki, Amerikada bir nəfərlik yemək payı çox böyük olur, normal qidalanan iki nəfər bir nəfərlik səhər yeməyi sifariş etsə iki nəfərə bəs edəcək.

Ümumilikdə düşünürəm ki, Nyu York mütləq görülməli şəhərlərdəndir. Hər şey kinolardakı kimidir, hətta mahnıdakı kimi – I’m Qazaxman in New York 🙂