Dünya Sağlamlıq Təşkilatı istifadə etdiyimiz bəzi qidaların zərərini siqaretin insana vurduğu zərərlə eyni olduğunu açıqlayıb.  Bu cür qidaların hətta xərçəngə səbəb olacağı da bildirilib.

AzEuroNews.com həmin qidaları sizə təqdim edir:

İşlənmiş ət məhsulları

Mütəxəssislər bildirirlər ki, gündəlik menyumuzda tez-tez istifadə etdiyimiz kolbasa və sosiska xərçəngə yaxalanma riskini 20 faiz artırır.

Palma yağı

Araşdırmalara görə palma yağı xərçəng hüceyrələrinin orqanizmdə yayılmasını təxminən 10 dəfə artırır. Tərkibində bu yağdan istifadə olunan qidalardan uzaq durmağınız məsləhət görülür.

Fruktoza əsaslı şəkərlər

Xərçəng hüceyrələrini artıran qidalardan biri də tərkibində fruktoza olan qidalardır.  Bu qidaları həyatınızdan çıxarmaqla daha sağlıqlı bir orqanizmə sahib ola bilərsiniz.

Mütəxəssislər gündəlik şəkər ehtiyacını ödəmək üçün miqdarını aşmadan doşab, xurma və əncir kimi qidalara üstünlük verməyi məsləhət görür.