Bu gün, təxminən, saat 09:00-da “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov-Dərnəgül” xəttinin avtomotik idarəetmə sistemində problem yaranıb.

Bu barədə “Report”a metronun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, son nəticədə qatarlar stansiyalara əllə idarəetmə hesabına qəbul edilib: “Buna görə də qatarların bir qismi “Memar Əcəmi”, bir qismi isə “Azadlıq prospekti” stansiyasindan geri qaytarılıb və sərnişinlər düşürülüblər. Yalnız bəzi qatarlar “Dərnəgül” stansiyasına qədər hərəkət edib. Saat 09:21-də həmin problem tam aradan qaldırılıb”.