Sizin üçün inanmaq çətin olsa da, evinizdə yuva quran hörümçəyi öldürməyiniz məsləhət görülmür. Ümumiyyətlə hörümçəklər sirlərlə dolu bir canlıdır. AzEuroNews.com bildirir ki, Qarşılaşdığınız hər hörümçək nə aqressiv nə də təhlükəlidir. Onlar evinizdə olan həşəratları və hətta digər hörümcəkləri yeyərək sizə xidmət edə bilərlər. Hörümcəklər adətən narahat edən həşəratları və xəstəlik daşıyan milçəkləri yeyirlər.

İnsanların hörümçəklərdən qorxmağı olduqca təbii bir haldır. Çox ayağa sahib bu həşəratların demək olar ki, hamısı zəhərlidir. Ancaq gücsüz zəhərə sahib olan bu canlılar insanlara zərər vura bilmirlər. Adətən hörümcəklər özləri bizlərdən uzaq durmağa üstünlük verirlər. Çünki onlar üçün biz daha təhlükəliyik.

Əgər evinizin hansısa bir küncündə bu sirli həşəratla qarşılaşsanız, onu öldürmək əvəzinə olduğu yerdən uzaqlaşdırmaq daha yaxşı olar. O özü üçün yenidən yuva qura biləcək bir yer tapacaq. Əgər onu yemlə təmin etməyi bacarsanız evinizdə qalmağı daha yaxşı olar.