Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə  20-25° isti, gündüz  33-38° isti olacağı gözlənilir. Bakıda gecə 23-25° isti, gündüz  36-38° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi norma daxilində 760 mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 %, gündüz  25-35 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26°, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  28-29° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında  hava  yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz  35-40°, dağlarda gecə 15-20° isti, gündüz  26-31° isti olacağı gözlənilir.