Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə yeni sədr müavini təyin olunub.

Modern.az-ın əldə etdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə  rotasiya qaydasında dəyişiklik edilib.

Belə ki,  deputat Sevinc Fətəliyeva Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədrinin müavini təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədrinin müavini Vüsal Hüseynov idi. O, ölkə başçısının imzaladığı sərəncamla Dövlət Miqrasiya Xidmətinin rəisi  təyin edilib.

Hazırda Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə aşağıdakı deputatlar daxildir:

Səməd Seyidov (sədr), Sevinc Fətəliyeva (sədr müavini), Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Elşad Həsənov, Rəfael Hüseynov, Çingiz Qənizadə, Ülviyyə Ağayeva, Asim Mollazadə, Naqif Həmzəyev.