Bir çox şirniyyat və salatda istifadə edilən, əsasən bayramlarda süfrələrin bəzəyi olan qozun başqa faydaları da üzə çıxıb.

“Ölkə.Az” xəbər verir ki, bir ədəd qozu bir stəkan suya qoyub bir gün gözləyin. Bu suyun nələrə qadir olduğunu isə aşağıda oxuyun.

Həzm sistemi üçün çox faydalıdır. Qəbz problemini həll edir. Qaz problemi və köpün qarşısını alır.

Menstruasiya tsikli qeyri-sabit olan və sancılı keçirən qadınlar üçün faydalıdır.

 

Uşaq əmizdirən və hamilə olan qadınlar üçün faydalıdır. Hamiləlik dövründə artıq çəkinin qarşısını alır. Bundan başqa qoz suyundakı vitaminlər uşaq əmizdirən anaların südü vasitəsilə körpələrə də keçir.

Tərkibindəki vitaminlər beyindəki funksiyaları gücləndirir. Beləcə, yaşlandıqca “Alzheimer” kimi xəstəliklərə yoluxma riskini azaldır.

Qoz suyu arıqlamağa kömək edir. Tərkibindəki proetin sayəsində orqanizmin yağ yandırmasını artırır və xüsusən də istənməyən bölgələrdə yağ toplanmasına təsir edər. Metabolizmanı sürətləndirdiyi üçün arıqlamağa çalışanlar hər gün ac qarına bir bardaq qoz suyu içməlidir.

Dərinin yumşalması və sağlamlığı üçün də faydalıdır. Sızanaq kimi problemlərin müalicəsində də istifadə edilir.

Dırnaqların və saçların güclənməsinə faydalıdır.

Qoz suyu yuxu problemi olanlar üçün də önəmlidir. Sakitləşdirici təsiri olan qoz suyunu yuxudan əvvəl qəbul etmək yuxuya rahat dalmağa kömək edir.

Xolesterolun miqdarına təsir edir. Bu xüsusiyyəti ilə ürək və damar xəstəlikləri üçün əladır. Tərkibində olan fol turşusu, bitki tərkibli Omega-3 və maqnezium kimi vitaminlər infarkt riskini azaldır.

Qanda şəkərin miqdarını stabilləşdirir və qan dövrünü sürətləndirir.

Tiroit miqdarını stabilləşdirir. Əgər bu maddə orqanizminizdə az və ya çoxdursa, qoz suyu qəbul edin.

Yorğunluq, gərginlik və halsızlıq kimi problemləri azaldır.