Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► “İsrail İrana gələn buludları qısırlaşdırır”. AzEuroNews.com xəbər verir ki, bunu İranın mülki müdafiə naziri, general Gülmırza Cəlali jurnalistlərə açıqlamasında deyib.

O, paytaxt Tehranda keçirilən üçüncü mülkü müdafiə konfransında deyib ki, son aylar İranda quraqlıqların yaranmasına səbəb İsraildir.

General G.Cəlalinin sözlərinə görə, İrandakı elm mərkəzləri son aylar İrana gələn buludların İsrail tərəfindən qısırlaşdırıldığı haqqında məlumat veriblər: “İsrail İrana gələn buludların yağmaması üçün onları qısırlaşdırır. Bulud və qar oğurluğu ilə qarşı-qarşıyayıq”.

Qeyd edək ki, son aylar İranda yağışın və su qaynaqlarının azalması quraqlıq yaradıb, əkin sahələri tam yararsız vəsiyyətə düşüb.