Fərhad Çağtürk / AzEuroNews.com ► ►► Ermənistan ordusu Naxçıvanın Günnüt kəndində mühafizə istehkamlarımızı atəşə tutub. AzEuroNews.com xəbər verir ki, Azərbaycan Ordusu atəşə qarşılıq verərək erməni təxribatını dəf edib. Lakin düşmən bundan sonra da dinc dayanmayıb. Belə ki, öz taxıl zəmilərini yandıran erməni əsgərləri qaçmağa başlayıblar.

Bundan sonra erməni kəndliləri maşınlarla yanan taxıl zəmilərini söndürməyə gəliblər.

Məlumat üçün bildirək ki, Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edilib.

Video © NTV