Türkiyədə 2016-cı ildən davam edən fövqəladə vəziyyət bu ay başa çatacaq.

Modern.az-ın məlumatına görə, bunu ölkənin Baş naziri Binəli Yıldırım deyib.

O qeyd edib ki, iyulun 9-u yeni hökumət formalaşdırılacaq və fövqəladə vəziyyət rejimi başa çatacaq.

Xatırladaq ki, fövqəladə vəziyyət rejimi Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən sonra, 2016-cı il iyulun 21-də elan edilib.