Foto © Sputnik
Foto © Sputnik

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Hollandiyanın Leuden şəhərində maraqlı yerdən maraqlı predmet oğurlanıb. AzEuroNews.com xəbər verir ki, elm və səhiyyə muzeyindən ölümcül zəhər oğurlanıb.

Bildirilir ki, “kurare” adlı zəhər şüşə qabda seyfin içərisində saxlanılırmiş.

Hazırda polis zəhərin oğurlanması ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, “kurare” zəhərini Cənubi Amerika hinduları ov zamanı ox ucluqlarına sürtürdülər. Hollandiyada isə, bu zəhər növü evtanaziya zamanı istifadə olunur.