Türkiyədə terrorçu İŞİD qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində biri Azərbaycan vətəndaşı olmaqla 11 nəfər tutulub.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, əməliyyat iyulun 6-da ölkənin Yalova bölgəsində yerli Polis İdarəsinin Terrora qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfində keçirilib.

Saxlanılan şəxslər İŞİD-lə əlaqədə şübhəli bilinirlər. Onların 9-u Türkiyə, 1-i Azərbaycan, 1-i isə Misir vətəndaşlarıdır.