Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► “Hərbi çevrilişə cəhd bir proje idi. Kaş olmasaydı. Belə bir şey ilə üzləşməsəydik”. AzEuroNews.com xəbər verir ki, bu sözləri qatıldığı Anadolu Agentliyinin “Editör Masası Özel” verlişinə Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Baş nazir ardınca vurğulayıb ki,  həmin gün prezident Ərdoğanın dəyanəti, hökumətin qərarlığı, millətin ölkəyə, bayrağa, demokratiyaya sahib çıxması, polis və əsgərin verilən əmirləri yerinə yetirməsi və ən önəmlisi media mənsublarının zəhməti böyük idi: “Hərbi çevrilişə cəhd edənlər düşünmədikləri bir nəticə ilə qarş-qarşıya qaldılar. Bundan başqa etdiyimiz bütün projelər, böyüyündən kiçiyinə qədər, saymağa vaxt yoxdur, hamısı yaxşıdır”.

Baş nazirin bu açıqlaması Türkiyədə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə və müxalif mediada Türkiyədə hərbi çevrilişə cəhdin iqtidar tərəfindən planlandığı ilə bağlı fikirlər söylənməyə başlanılıb.