Symbol Foto © Farhad Chagtürk/ AzEuroNews.com
Symbol Foto © Farhad Chagtürk/ AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Almaniyada türkiyəli həkimin klinikasına basqın olub. AzEuroNews.com xəbər verir ki, irqçi olduğu deyilən 61 yaşlı bir alman Mönxenqladbax şəhərində yerləşən türk həkim İsmayıl Altınayın klinakısına gəlib “Bura islamçı klinikadır?” deyərək cibindəki bıçağı çıxarıb və xəstəxana çalışanlarını hədələyib.

Xəstəxana çalışanları onu sakintləşdirməyə cəhd etsələr də, bu heç cürə mümkün olmayıb. 61 yaşlı alman bundan sonra xəstələrə hücum etməyə başlayıb. Bu zaman iki türk və bir fələstinli ona müdaxilə edib.

Bıçaqlı alman fələstinliyə 6 bıçaq zərbəsi endirib qaçmaq istəyərkən tutulub.

Yaralıya təcili müdaxilə edilib. Zərəsizləşdirilən 61 yaşlı alman  isə, polisə təslim edilib.

Hadisə ilə bağlı panorama-news.de saytına danışan doktor İ.Altınay bildirib ki,  o başqa bir klinikanın xəstəsi olub: “O, bir ay bundan əvvəl əməkdaşlıq etdiyimiz başqa bir xəstəxanada müayinə olunub. Həkimi tətildə olduğu üçün onun xəstələrinə biz baxırıq. Burda hər millətdən həkim və xəstənin olduğunu görən alman irqçi hərəkətlər etməyə başlayıb”.

İ.Altınay bildirib ki, alman mediası islamofobiyanı gündəmdə saxladığı müddətdə belə hadisələr tez-tez olacaq.