Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Almaniya hökuməti tərəfindən başladılan könüllü qayıdış proqramından yararlanan qaçqınların sayı məlum olub. AzEuroNews.com xəbər verir ki, son 14 ayda 12 min qaçqın Almaniyada keçən ilin fevral ayında başladılan könüllü qayıdış proqramı olan “StarthilfePlus”dan yararlanaraq geri qayıdıb.

Ölkəsinə geri dönmək və “StarthilfePlus” proqramından yararlanmaq üçün müraciət edənlərdən isə, yalnız 1/10-nin istəyi qəbul edilib. Proqram üçün ən çox müraciət İraq vətəndaşlarından gəlib. Onları 1307 nəfərlə Rusiya vətəndaşları, 951 nəfərlə Əfqanıstan vətəndaşları izləyib.

► Almaniya  40 milyon avro ayırıb

Almaniya hökuməti “StarthilfePlus” proqramı üçün 2017-ci ildə 40 milyon avroluq bir büdcə ayırıb. Məqsəd Almaniyadan sığınacaq almaq şansı az olan qaçqınları könüllü ölkələrinə geri qayıtmağa təşviq etməkdir. Proqramda böyüklərə 1200 ilə 800 avro arası, 12 yaşından kiçik uşaqlara isə, bu məbləğin yarısının ödənməsi nəzərdə tutulub.

Həmçinin oxu- Könüllü qayıdış haqqında vacib detallar
Həmçinin oxu- Könüllü qayıdış haqqında vacib detallar

Eyni zamanda ailə tərkibi dörd nəfərdən çoxdursa onlara 500 avro əlavə yardım edilir. Sığınacaq istəyənlərin işinə baxımadan onlar bu proqramdan yararlanıb ölkələrinə dönmək isytəyərlərsə bu zaman onlara 1200 avro ödənilir. Sığınacaq istəyi rədd edilib buna görə bir dəfə məhkəməyə müraciət etdikdən sonra könüllü ölkəsinə qayıtmaq istəyənlərə ödəniləcək məbləğ isə, 800 avrodur.