Foto: © AFP / Bild.de
Foto: © AFP / Bild.de

 

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► 2018-ci ilin ilk 6 ayında Avropaya gəlmək üçün yola çıxan hər 19 qaçqından biri Aralıq dənizində boğulub. AzEuroNews.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) məlumat yayıb.

Bu rəqəm keçən ilin ilk altı ayında hər 36  nəfərdən birinin ölməsi kimi qeydə alınıb.

BMT-nin məlumatında deyilir ki, bu ilin yanvarından indiyə kimi Aralıq dənizi vasitəsi ilə 45700 qaçqın Avropaya çata bilib. Bu rəqəm əvvəlki illərlə müqayisədə azdır. Hətta qaçqın böhranının ən yüksək olduğu 2016-ci illə müqayisədə 5 dəfə azdır.