Avropanın ən yaşlı qadını İtaliyanın Florensiya şəhərində dünyasını dəyişib.
Sardiniya regionunun La-Maddalena əyalətində anadan olmuş Cüzeppina Proyetto 116 yaşında vəfat edib.

Qeyd edək ki, o, yaponiyalı 117 yaşlı Çixo Miyakodan sonra dünyanın ikinci ən yaşlı insanı idi.