Ayətullah Xamenei / Foto © ddp/abaca press
Ayətullah Xamenei / Foto © ddp/abaca press

 

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► İran Almaniyada bankda olan 300 milyon avrosunu geri istəyir. AzEuroNews.com-un məlumatına görə, buna səbəb Amerika Birləşmiş Ştatlarının (ABŞ) bu yaxınlarda İsrail ilə birgə İrana tətbiq edəcəyi yeni sanksiya dalğasıdır.

İranın 300 milyon avrosu isə, Almaniyanın Hamburq şəhərində yerləşən “Avropa-İran Ticarət Bankı”nda saxlanılır. Bankın hesabları “Bundesbank” tərəfindən idarə olunur.

İndi “Bundesbank” İrana məxsus 300 milyon avronu çəkərək nağd şəkildə xüsusi təyyarə ilə İrana yola salmalıdır. Bu barədə İranın Ali dini Rəhbəri Ayətullah Xamenei göstəriş verib.