Ermənistanın paytaxtı Yerevan şəhərinin meri Taron Marqaryan istefa verib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, bu barədə ərizəni iyulun 9-da yazıb.

Yerevan şəhər merliyi Taron Marqaryanın istefasını şərh etməkdən imtina edib.

Qeyd edək ki, Ermənistanda baş verən aprel hadisələrindən sonra çoxsaylı etiraz aksiyalarının keçirilməsinə baxmayaraq, Taron Marqaryan istefa verməyəcəyini bildirmişdi.