Foto © Fərhad Çağtürk / AzEuroNews.com
Foto © Fərhad Çağtürk / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Almaniya qaçqın böhranının başladığı 2015-ci ildən indiyə kimi 322107 nəfərə ailə birləşməsi üçün viza verib. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, Avropa Birliyi ölkələrinin 2015-ci ildə üzləşdiyi qaçqın böhranı zamanı Almaniya 72681 şəxsə ailə birləşməsi üçün viza verib. Bu rəqəm 2016-cı ildə 103883, 2017-ci ildə 117992, həmin ilin ilk rübündə isə, 27551 olub.

Məlumatda vurğulanır ki, son üç ildə ailə birlşəməsi üçün vizadan yararlanan Suriya vətəndaşlarının sayı  103739, İraq vətəndaşlarının sayı 24521-dir.

Son məlumata görə, hazırda Almaniyaya gərələrək ailə birləşməsi prosesini keçmək isətəyən 12 min qaçqın yaxını Almaniyanın ölkələrində olan səfirliklərinə müraciət edib.