Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana rəsmi səfərə gələcək.
AzVision.az xəbər verir ki, Türkiyə prezidenti səfər çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək. Bakı səfərindən sonra Ərdoğan 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək NATO sammitində iştirak edəcək.

Qeyd edək ki, bu, Türkiyə prezidentinin 24 iyun seçkilərindən sonra ilk xarici səfəridir.