Madrid “Real”ı klubdan gedəcəyi təqdirdə Kriştianu Ronaldunu əvəzləyəcək futbolçuların siyahısını müəyyənləşdirib.

Oxu.Az-ın verdiyi xəbərə görə, siyahıya PSJ-nin şərəfini qoruyan Neymarbaşçılıq edir, ikinci isə onun komanda yoldaşı Kilian Mbappedir.

Üçüncü yerdə “Çelsi”nin hücumameyilli yarımmüdafiəçisi Eden Azardır.

Lakin PSJ-nin hər iki forvardının müqaviləsində onların dəqiq satış qiymətii göstərilməyib. Buna görə də “Real” üçün Neymar və ya Mbappenin transferini həyata keçirmək çətinliklərlə üzləşə bilər.