Braziliyalı yarımmüdafiəçi Artur Ramos “Barselona” klubuna keçib.

“Ölkə.Az” xəbər verir ki, transferrin qiyməti 40 milyon avro olub.

22 yaşlı futbolçu “Qremio” klubunda çıxış edib. Artur 35 oyuna çıxıb və 2 qol vurub.

“Barselona” Qremio” klubu ilə mart ayında Artur barədə razılıq əldə edib. Klub Artur üçün 31 milyon avro ödəyib. Əgər futbolçu “Barselona”da müəyyən göstəricilər əldə etsə, “Qremio” əlavə olaraq 9 milyon avro da alacaq.