Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Almaniya Federal Daxili İşlər Nazirliyi “Almaniyalı Osmanlılar” qrupunun fəaliyyətini qadağan edib.

AzEuroNews.com xəbər verir ki, nazirlik qrupun Almaniya cəmiyyəti üçün bir təhlükə olduğu qənaətinə gəlib.

Almaniyanın daxili işlər naziri Horst Zeehofer jurnalistlərə açıqlama verərək “Almaniyalı Osmanlılar” (Osmanen Germania ) qrupunun fəaliyyətinin birdədəlik qadağan olduğunu deyib.

Nazir bildirib ki, qrupun fəaliyyəti insanların can, mal və azadlığı üçün böyük təhlükə yaradır.

Məlumat üçün bildirək ki, Federal Daxili İşlər Nazirliyinin qrupla bağlı qərarından sonra polis bir neçə əyalətdə “Almaniyalı Osmanlılar”a qarşı əməliyyat keçirib.