Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Almaniyadan sığınacaq istəyənlərin sayında azalma qeydə alınıb. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniyanın Federal Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, sığınacaq istəyi ilə bağlı müraciət edənlərin sayı 2018-ci ilin ilk 6 ayında azalaraq 93 min olaraq qeyd edilib.

Nazirlikdən bildirilib ki, bunu keçən ilin 6 ayı ilə müqayisə edən zaman 16.4 min müraciətin daha az olduğu görülür.

Almaniyada sığınacaq istəyənlərin sırasında ilk yerdə yenə Suriya vətəndaşları qərarlaşıb. İlin ilk altı ayında 22 520 Suriya vətəndaşı Almaniyaya gələrək sığınacaq istəyib. Suriyalıları 9015 nəfərlə İraq vətəndaşlar, 6222 nəfərlə Əfqanıstan vəətndaşları izləyib.

Nazirliyin açıqlamasına görə, Almaniya Miqrasiya və Qaçqınlarla iç üzrə Federal İdarə (BAMF) bu ilin ilk altı ayında 125190 müraciət barəsində qərar verib.