Foto: dpa / Mənbə: Bild.de
Foto: dpa / Mənbə: Bild.de

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Bu ilin ilk 6 ayında Almaniyadan sığınacaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının sayı bilinib. AzEuroNews.com xəbər verir ki, Almaniya  Federal Respublikasının Miqrasiya  və Qaçqınlar üzrə Federal İdarəsindən (BAMF) “Legat” inteqrasiya mərkəzinə bildirilib ki,  01.01.2018-ci ildən 30.06.2018-ci ilə kimi olan müddətdə  1123 nəfər Azərbaycan vətəndaşı  qaçqın statusu almaq üçün müraciət edib. Onlardan 905 nəfəri ilk dəfə, 218 nəfəri isə təkrar olaraq qaçqın statusu almaq üçün müraciət edənlərdir. 6 ay müddətində 1986 nəfərin ərizəsinə baxılıb, onlardan 1026 nəfərinə rədd cavabı verilib. 819 nəfər Dublin sazişinə görə başqa ölkəyə göndərilib və ya könüllü ölkəyə qayıdıb. 141 nəfərə müvəqqəti yaşamaq icazəsi verilib – onlardan 7 nəfərinə “16a” paraqrafa əsasən ailə birləşməsi ilə yaşamaq üçün icazə verilib. 79 nəfərin sığınacaq hüququ , 17 nəfərin 41-ci paraqrafa əsasən köməkçi müdafiə hüququ tanınıb. 38 nəfərə dözümlü yanaşılmaqla ölkədən çıxarılması mümkünsüz hesab edilib.