Böyük Britaniyanın baş naziri Tereza Mey ABŞ və Rusiya prezidentlərinin gözlənilən görüşünü alqışlayır.

Trend-in məlumatına görə, Tereza Mey bu barədə Brüsseldə NATO ölkələri liderlərinin işgüzar nahar zamanı bildirib.

T.Mey qeyd edib ki, Rusiya-Britaniya münasibətlərində gərginliyin artmasına baxmayaraq Britaniyanın uzunmüddətli perspektivdə məqsədi Rusiya ilə konstruktiv münasibətlərin qurulmasıdır: “Buna görə mən prezident Tramp və prezident Putin arasında gözlənilərn görüşü alqışlayıram: ABŞ və Rusiya arasında kommunikasiya kanallarının yaradılması əsas məqamdır”.

Qeyd edək ki, ABŞ və Rusiya liderləri arasında görüş iyulun 16-sı Helsinkidə baş tutacaq.