Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) katalitik-krekinq qurğusunun təmiri bu gün ərzində başa çatacaq.

Bu barədə özəl olaraq Trend-ə zavoddan məlumat verilib.

Qeyd olunur ki, qurğunun təmiri artıq son mərhələdədir: “Təmir işlərinin başa çatması və katalitik-krekinq qurğusunun bu gün işə salınması haqqında əmr verilib”.

Qurğunun təmir olunduğu müddətdə ölkənin avtomobil benzininə tələbatının təmin olunmasına toxunan müsahib bildirib ki, tələbat daxili ehtiyatlar hesabına təmin olunub:

“Təmir zamanı Azərbaycana benzin idxal olunmayıb. Əhalənin təminatı zavoddakı təxminən 80 min ton həcmində qalıq ehtiyat hesabına təmin olunub”.