Türkiyədə fövqəladə vəziyyət iyulun 17-də ləğv ediləcək.

Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, fövqəladə vəziyyət ləğv edildikdən sonra ölkədə terrorçuluqla mübarizə üçün yeni qanun qəbul olunacaq.

Bundan əvvəl Türkiyədə fövqəladə vəziyyətin iyulun 19-da ləğv ediləcəyi bildirilmişdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qələbə qazanacağı təqdirdə fövqəladə vəziyyətin ləğvi məsələsinə baxacağını bəyan etmişdi.