Bu saatlarda Azərbaycanın bir çox yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb. 

Modern.az-ın məlumatına görə Bakının ayrı-ayrı ərazilərində yaşayan adamlar da sosial şəbəkələrdə işıqlarının söndüyünü yazıblar.

Modern.az-ın redaksiyasının yerləşdiyi Nərimanov rayonunun bəzi yerlərində də işıqlar sönüb. 

“Azərenerji”dən Modern.az-a bildirilib ki, məsələ ilə bağlı yaxın vaxtda ətraflı açıqlama veriləcək.