Türkiyəli müğənni Zuhal Olcay Rəcəb Tayyip Ərdoğanı təhqir etdiyinə görə həbs cəzası alıb.

Oxu.Az xəbər verir ki, 2016-cı ildə səhnə aldığı restoranda oxuduğu mahnıda Rəcəb Tayyip Ərdoğanın adını çəkərək çirkin əl hərəkəti edən ifaçının əvvəlcə 4 il 8 aya qədər həbsi istənilib.

Ancaq İstanbul Ədliyyə Məhkəməsi müğənninin içkili olmasını da nəzərə alaraq ona 11 ay 20 gün həbs cəzası verib.