PSJ hücumçusu Neymarı komandada saxlamaq niyyətindədi. Apasport.az saytının “As” nəşrinə istinadən məlumatına görə, rəhbərlik bunun üçün onun məvacibini artırmağa hazırdı.

Hazırda Neymar ilinə 37 milyon avro qazanır. PSJ bu məbləği 50 milyon avroya qədər qaldırmaq istəyir. Belə olan halda, Neymar Messi qədər qazana biləcək.

Paris klubu forvardın “Real”a transferinin qarşısını almaq üçün daha öncə Braziliya millisinin fizioterapevti Bruno Matsiottini komandaya dəvət etmişdi.