Türkiyədə zəlzələ oldu. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeraltı təkanlar Egey dənizi sahillərində qeydə alınıb.

Türkiyə Baş Nazirliyi yanında Təbii fəlakət və fövqəladə vəziyyətlərin idarəçiliyi üzrə idarənin (AFAD) saytında yer alan xəbərə əsasən, zəlzələnin gücü 4,5 bal olub.

Dəniz səviyyəsindən 7,37 kilometr dərinlikdə qeydə alınan zəlzələ Yunanıstandan 2,22 kilometr, Muğladan 210 kilometr məsafədə hiss olunub.