“Armani” şirkəti “ağıllı saat” istehsal edib.

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, bu saatın fərqləndirici xüsusiyyəti premium dizaynıdır.

Yeniliyi 265 dollara və ya 501 manata əldə etmək mümkündür. Cihazın istehsalı ilə “Fossil” şirkəti məşğul olacaq. Onun nümayəndələri bildirirlər ki, bu, ilk növbədə premium dizayna malik stil saatlar olacaq. Əsas üstünlük isə funksionallığa edilməyib.

Texniki xüsusiyyətlərinə görə qeyd etmək olar ki, saatın GPS və NFC modulları mövcuddur. Həmçinin bu “ağıllı saat” suya dözümlüdür. “Ağıllı saat”ın adı isə “Emporio Armani Connected 2018” olacaq.