Avropa Komissiyası (AK) “Google” şirkətini cərimələyib.

“Report” bu barədə “Euronews” telekanalına istinadən xəbər verir.

Komissiyı hesab edir ki, informasiya texnologiyaları nəhəngi “Android” əməliyat sistemindən istifadə ilə bağlı antiinhisar qanunvericiliyini pozub. “Google”un nə qədər cərimələndiyi hələ ki, məlum deyil. Xatırladaq ki, bundan əvvəl də AK məşhur axtarış sistemini 2,5 mlrd. ABŞ dolları cərimə edib. Ekspertlər hesab edirlər ki, bu dəfəki cərimə daha böyük ola bilər.