İngiltərənin məşhur “Rolls Royce” avtomobil şirkəti 2020-ci ildə uçan taksiləri dövriyyəyə buraxacaq.

Lent.az hurriyet.com.tr-yə istinadən bildirir ki, hazırda şirkət adıçəkilən layihə üzərində işləyir. Uçan taksilərin maksimum 5 nəfər sərnişin tutumuna malik olacağı vurğulanıb. Saatda 405 kilometr sürətlə hərəkət etmək gücündə olacaq uçan taksilər ilk mərhələdə məhdud sayda hazırlanacaq. Sifariş sayı artarsa, istehsal həcmi şirkət tərəfindən çoxaldılacaq.

Uçan taksilərin elektrik və günəş enerjisi ilə işləyən mühərrik və batareyalarla təchiz edildiyi bildirilir. Qanadlı taksilərin hər iki tərəfində mühərrik motorunun olacağı, mühərriklərin 500 kilovoltluq güc sərf edəcəyi qeyd olunur.

Uçan taksilərin ilk olaraq İngiltərədə satışı nəzərdə tutulub.