İranda İnstaqram sosial şəbəkəsində uyğun olmayan paylaşımlar edən 46 nəfər saxlanılıb.

“Ölkə.Az” xəbər verir ki, saxlanılanlara qarşı ölkə mədəniyyətinə ziyan vurma ittihamı irəli sürülüb.

Əməliyyat Bəndər-Abbas şəhərində keçirilib. Saxlanılanlardan 8-i qadındır. Saxlanılanlar fotoqraf, gözəllik salonu və şadlıq evi işçiləridir.

İranda 2009-cu ildən “Facebook” və Tvitter kimi sosial şəbəkələr qadağan edilib.