ABŞ prezidenti Donald Tramp konqresmenlər qarşısında çıxış edən zaman gözlənilmədən Ağ Evdə işıqlar sönüb.

Oxu.Az xəbər verir ki, insidentin videosu “ABC News” tərəfindən yayımlanıb.

ABŞ prezidenti nitqi zamanı Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsində kəşfiyyata inanmasından danışıb.

“Demək istəyirəm ki, ABŞ kəşfiyyatına güvənirəm. Bizim xüsusi xidmət orqanlarına da inanıram. Oy, onlar işıqları söndürdülər. Ola bilsin ki, bunlar kəşfiyyat agentləridir”, – Tramp deyib.