Türkiyədə 2 il bundan qabaq elan olunan fövqəladə vəziyyət rejimi başa çatıb.

“Report”un Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, fövqəladə vəziyyət rejimi cümə axşamı yerli vaxtla saat 01.00-da fəaliyyətini dayandırıb.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib ki, terror təhlükəsi yaranarsa, Fövqəladə Vəziyyət rejimi bərpa edilə bilər.