AzEuroNews.com bildirir ki, müasir həyat, çətin iş rejimi, gecə növbələri bir çox insan bu səbəbdən axşam yeməyini gec yeyir. Onkoloqlar xəbərdar edir ki, yatmazdan əvvəl yemək iki növ xərçəngə yaxalanma riskini artırır.

Barselona Qlobal Sağlamlıq İnstitutunun mütəxəssisləri bildirir ki, axşam saat 10-dan sonra yemək qadınlarda döş xərçənginə, kişilərdə isə prostat xərçənginə səbəb olur. Yuxu ilə yemək arasında ən azı 2 saat vaxtın keçməsi bu riski 20 faiz azaldır.  Alimlər həmçinin  axşam yeməyinin orqanizmanın normal funksiyasını pozduğunu da qeyd ediblər.