Mütəxəssislərin araşdırmalarına əsasən məlum olub ki, gündə 6 saat və ya daha çox oturan insanların tez ölmə riski gündə 3 saat oturanlardan 19 faiz çoxdur.

AzEuroNews.com bildirir ki, çox oturmaq xərçəng, ürək xəstəliyi, iflic, diyabet, ağciyər və qaraciyər xəstəliyi, parkinson, alzaymer, həzm və sinir sistemində problemlərin yaranmasına səbəb olur. Hətta çox oturan insanların intihara meyilli olduğu da bildirilir.

Çalışmaq lazımdır ki, tez-tez ayaq üstə durmalı və yüngül hərəkətlər edərək sağlamlığımızın qayğısına qalmalıyıq.