Nejat İşlər öz kafesində dava saldı.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur aktyorun yüksək səslə danışan cütlüyə xəbərdarlıq etməsi qan-qaraçılıq yaradıb.

Qəzəbli müştəri Nejat İşlərin üstünə atılıb. Dalaşanları ofisiantlar aralayıb.

Nejat İşlərin dava saldığı kafe öz məkanıymış. Məkana gələn aktyor bərkdən danışan cütlüyə sakit durmalarını xahiş edib: “İnsanlar narahat olurlar. Səsinizi qaldırmasanız, sevinərəm”.

Bu xahişə reaksiya çox sərt olub: “Sən nə qarışırsan? Səni maraqlandırmır bu”.

“O zaman məkanı tərk edin” – Nejat İşlər bunu deyəndə kişi ayağa qalxıb və onu vurmağa başlayıb. Bir neçə yumruq zərbəsi yeyən aktyorun eynəyinin də qırıldığı deyilir.

Davanı araya girən ofisiantlar dayandırıb. Bu vaxt polislər içəri girib. Dalaşan tərəflər bir-birilərindən şikayətçi olmayıblar.