“Real Madrid” futbol klubundan “Juventus”a keçən Kriştianu Ronaldu İspaniyadakı evlərini satıb ölkə ilə bütün münasibətlərini kəsdi.

“Ölkə.Az” xəbər verir ki, Ronaldu əvvəllər də İspaniyada vergi ilə bağlı problemlərə görə pis olduğunu açıqlamışdı.

Madrid şəhərindəki evini satan Ronaldu İspaniyadakı 22 ədəd avtomobilini Portuqaliyaya göndərib. Ulduz futbolçunun İtaliyadakı yeni evi 1000 kvadrat metrdir. Üç mərtəbəli evin 8 yataq otağı və üzgüçülük hovuzu var.

Bundan başqa Ronaldu oğlunun da İspaniyadakı təhsilini dayandırıb İtaliyadakı məktəbə gətirib.