Çinin “Xiaomi” şirkəti böyük ekranlı smartfon (planşetofon) təqdim edib.

İKT.lent.az-ın “The Verge” portalına istinadən verdiyi xəbərə görə, cihaz 6,9 ekran (2160×1080 piksel) ölçülüdür, “Snapdragon 636” prosessoru ilə təchiz olunub. Böyük modifikasiya 6 GB operativ və 128 GB daxili yaddaşa, kiçik modifikasiya isə 4 və 64 GB yaddaşa malikdir. Əsas kamera ikilidir, müvafiq olaraq, 12 və 5 meqapikseldir. Ön kamera isə 8 Mp-dir.

Smartfon 2 dinamik, barmaq izi skaneri, “microSD” slotu, 4G VoLTE, eləcə də iki SİM kart üçün slota sahibdir. Cihaz “Android 8.1 Oreo” əməliyyat sistemi ilə çalışır. Akkumulyatorun tutumu 5500 mAs-dır.