Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF)
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF)

 

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► 2018-ci ilin iyun ayında Almaniyadan sığınacaq istəyənlərin statistikası məlum olub. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) məlumat yayıb. Məlumatda deyilir ki, iyun ayında federal idarəyə sığınacaq üçün müraciət edənlərin sayı 13254 nəfərdir. Bu rəqəm may ayında 12494 nəfər olaraq qeydə alınıb.

İyun ayında 3002 Suriya vətəndaşı Almaniyadan sığınacaq istəyib. İkinci yerdə 1252 nəfərlə İraq vətəndaşları, üçüncü yerdə isə, 1009 nəfərlə Əfqanıstan vətəndaşları qərarlaşıb.

Almaniyada sığınacaq istəyən Türkiyə vətəndaşlarının sayında da artım müşahidə olunub. Belə ki, ötən ay 930 Türkiyə vətəndaşı sığınacaq üçün müraciət edib.

Aprel 2018 May 2018 İyun 2018
Ümumi müraciət edənlərin sayı 13.163 12.494 13.254
1. Suriya 2.768 2.765 3.002
2. İraq 1.043 996 1.252
3. Əfqanıstan 882 912 1.009
4. Nigeriya 1.005 1.017 935
5. Türkiyə 546 685 930
6. İran 928 722 740
7. digər ölkələr 367 367 424
8. Eritreya 779 470 423
9. Somali 480 454 417
10. Rusiya 355 405 391