Fransa millisinin futbolçusu Bencamen Pavar “Bavariya”ya keçir. Apasport.az saytının məlumatına görə, Almaniya “Ştutqart”ının 22 yaşlı müdafiəçisi Münhen təmsilçisi ilə anlaşma imzalayıb.

DÇ-2018-in gedişi zamanı razılaşan tərəflər Pavarın 2019-cu ilin yayında klubunu dəyişməsi barədə anlaşıb. Onun keçidi 35 milyon avroya başa gələcək.

Qeyd edək ki, Pavar Fransa millisi ilə DÇ-2018-in qalibi olub.