Xəbər verdiyimiz kimi, bir müddət əvvəl müğənni Kibariyə xəyanət xəbərləri ilə gündəmə gəlmişdi.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, müğənninin əri Ali Küçükbalçıkın ona xəyanət etməsi haqda iddialar ortaya atılmışdı. Kibariyə isə əvvəlcə boşanacağını desə də sonrada bu fikrindən daşınmışdı.

Yeni yayılan xəbərlərə görə, Ali yenidən Bodrumda bir xanımla görüntülənib. İkilinin səmimi halları diqqətdən qaçmayıb. Bu barədə nə Kibariyə, nə də Ali açıqlama verməyib.

Qeyd edək ki, müğənni 58, həyat yoldaşı isə 37 yaşındadır. Cütlüyün bir qız övladı var.