10 ədəd yeni qartəmizləyən və 10 ədəd qar kürəyən texnika alınıb. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin(AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. O qeyd edib ki, avtobazada olan texnika 55-ə çatdırılıb:

“Daha 10 ədəd qartəmizləyən texnikanın alınması nəzərdə tutulub”.

A.Nəcəfli eyni zamanda qeyd edib ki, küçələrdə təmizlik zamanı baş verən bədbəxt hadisələrin qarşısının alınması üçün 20 ədəd texnika magistral yolları, 12 ədəd texnika qəsəbə yollarını süpürmək üçün alınıb:

“Gələcəkdə bu texnikaların sayının artırılması və əl əməyinin minimuma endirilməsi nəzərdə tutulub”.