Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Hollandiya və Belçikada bir aydan çoxdur yağışın yağmaması quraqlığa səbəb olub. AzEuroNews.com xəbər verir ki, hər iki ölkədə ilk dəfə məcid və kilsələrdə yağış duası oxunub.

Hollandiya Mərakeşli Məscidlər Şurasının sözcüsü Said Bouharrou bildirib ki, bir aydır yağışın yağmaması quraqlığa səbəb olub, əkinçilərin məhsulu tələf olmaq üzrədir.

Ona görə də ölkədəki kilsə və məscidlərdə yağış duasının oxunmasına qərar verilib.

Belçika və Hollandiyada su hövsələrində suyun azalması ilə bağlı əhaliyə bağlarını sulamaq üçün günün müəyyən saatlarında icazə verilir. Təyin olunan vaxtdan kənara çıxanlar 1600 avro məbləğində cərimələnirlər.